Filippin sahillərində dibdərinləşdirən gəminin çevrilməsi nəticəsində dörd nəfər həlak olub
“MV Hong Hai” dibdərinləşdirən gəmisi Filippinin Qərbi Mindoro əyalətinin sahillərində çevrilib.
“Seanews.az” xəbər verir ki, gəmidəki 25 heyət üzvündən 13-si filippinli, 12-si isə çinli olub.
Xilasetmə əməliyyatı zamanı dalğıclar 4 nəfərin meyitini aşkar ediblər. Daha 7 nəfər hələ də itkin sayılır.
Filippin Sahil Mühafizəsi bildirib ki, yerqazan gəmidə 2000 litr motor yağı və 30000 litr dizel yanacağı olub və dağılmanın qarşısını almaq üçün də müvafiq işlər görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır