Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-06,
Seanews
Heyder Eliyev

Bazar ertəsi Hörmüz boğazında gəmilərlə bağlı 5 insident qeydə alınıb

Bazar ertəsi Hörmüz boğazında və yaxınlığında kommersiya gəmiləri ilə bağlı 5 insident qeydə alınıb. Onlardan 4-ü tankerlərə hücum, biri isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir tankeri hücumla hədələməsi faktıdır. 

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hücumlardan biri bazar ertəsi baş verib. Naməlum mərminin zərbəsinə məruz qalan tankerin mühərrik bölməsində yanğın olub. Ekipaj yanğını söndürməyə çalışıb, xəsarət alanlar və ətraf mühitə zərər barədə məlumat verilməyib.

Digər üç hücum barədə məlumat isə gecikmiş şəkildə açıqlanıb və hadisələrin oktyabrın 3-4-də baş verdiyi bildirilib. Bu insidentlər zamanı LPG tankeri və iki xam neft tankeri naməlum mərmilərlə vurulub.

Bundan başqa, Omanın Xəsəb şəhərindən təxminən 11 dəniz mili şimalda hərəkət edən tanker SEPAH tərəfindən saxlanılaraq geri dönmək əmri alıb. Gəminin kapitanı tələbə tabe olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır