Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-29,
Seanews
Heyder Eliyev

Hindistan və Liberiya gəmilərin və dənizçilərin təhlükəsizliyi üçün koalisiya yaradıb

Hindistan və Liberiya Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Gəmiçiliyin və Dənizçilərin Təhlükəsizliyi üzrə Dostlar Qrupu adlı koalisiya yaradıb.

“Seanews.az” xəbər verir ki, koalisiyaya Hindistanın xarici işlər naziri S. Jaishankar və Liberiyanın xarici işlər naziri Sara Beysolov Nyanti birgə rəhbərlik edəcəklər. Təşəbbüsün məqsədi artan təhlükəsizlik təhdidləri, fiziki hücumlar və geosiyasi gərginliklərlə üzləşən kommersiya gəmiçiliyini və dünyada təxminən 2 milyon ticarət donanması dənizçisini qorumaqdır.

İlk nazirlər görüşündə Fransa, Almaniya, Yaponiya və Rusiya da daxil olmaqla, təxminən 25-27 ölkənin nümayəndələri iştirak ediblər.

Qrup Qırmızı dəniz, Körfəz və Qara dəniz kimi mühüm su yollarında ticarət gəmilərinə və dənizçilərə qarşı artan təhdidlərin qarşısının alınması üçün məlumat mübadiləsi və praktiki əməkdaşlığı təşviq edəcək. Təşəbbüs Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Beynəlxalq Əmək Təşkilatı (ILO) kimi mövcud qurumlarla əməkdaşlıq şəraitində könüllü mexanizm kimi fəaliyyət göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır