Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-29,
Seanews
Heyder Eliyev

Ələ keçirilən üç İran neft tankeri ABŞ-yə doğru hərəkət edir

ABŞ tərəfindən ələ keçirilən üç neft tankeri təxminən 6 milyon barel İran xam nefti ilə Atlantik okeanında ABŞ-yə doğru hərəkət edir. Bu informasiya sentyabrın 24-də yayımlanan gəmi izləmə məlumatlarına əsaslanır.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, “Majestic X”, “Tifani” və “Lenore” tankerləri hazırda Atlantik okeanındadır. Tanker izləmə məlumatlarına görə, “Majestic X” və “Tifani” Cənubi Amerika sahillərindən Texas ştatının Qalveston limanına doğru hərəkət edir. Üç gəmidə ümumilikdə təxminən 600 milyon dollar dəyərində neft olduğu bildirilir.

ABŞ qüvvələri tankerləri İrandan neft yüklədikdən sonra apreldə və iyunda ələ keçirib. Vaşinqton əməliyyatların İrana qarşı sanksiyaları pozan şəbəkələrin fəaliyyətinin qarşısının alınmasına yönəldiyini bildirib.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, 2026-cı ilin ikinci rübündə Hörmüz boğazından gündə orta hesabla 4,9 milyon barel xam neft və neft məhsulu keçib. Bu göstərici 2025-ci ilin dördüncü rübündə gündəlik 21,6 milyon barel olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır