Qırmızı dənizdə məhsul tankeri hücuma məruz qalıb
Səudiyyə Ərəbistanı ilə husilər arasında gərginliyin artması fonunda Qırmızı dənizdə daha bir kommersiya gəmisi hücuma məruz qalıb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, 73 976 ton dedveyt tutumlu “Chrystal Sky” məhsul tankeri bazar günü axşam Yəmənin Əl-Moxa limanından 60 dəniz mili cənubda bir neçə partlayış barədə məlumat verib.
2008-ci ildə inşa edilən, Sinqapurda yerləşən “Executive Ship Management” şirkəti tərəfindən idarə olunan və Marşall adaları bayrağı altında üzən tanker hücum zamanı Hindistanın Sikka limanından Barselonaya doğru hərəkət edirmiş.
Partlayışlardan birinin tankerin sağ bortundan cəmi 100 metr aralıda baş verdiyi bildirilir. Gəminin zərər görmədiyi və səfərini davam etdirdiyi qeyd olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

