Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-05,
Seanews
Heyder Eliyev

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Bu gün Əlcəzairin Vahran vilayətində Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen Sərgisi və Konfransı (“NAPEC 2026”) işə başlayıb.

AZƏRTAC “al24news” telekanalına istinadla xəbər verir ki, oktyabrın 7-dək davam edəcək tədbir “Enerji balansına yeni yanaşmaya doğru: enerji keçidindən enerji artımına doğru, enerji təhlükəsizliyinin təmin edilməsi” şüarı ilə təşkil olunur.

Açılış mərasimində Afrika Neft İstehsal edən Ölkələr Təşkilatının (APPO) baş katibi Fərid Qəzali, enerji şirkətlərinin rəhbərləri, nazirlər iştirak edirlər. Tədbirdə 450-dən çox milli və beynəlxalq neft-qaz şirkətinin, texnoloji həllər təchizatçılarının, dövlət qurumlarının, tədqiqat mərkəzləri və universitetlərin stendləri qurulub.

Açılış mərasimində Namibiya Prezidentinin neft və qaz məsələləri üzrə xüsusi müşaviri, həmçinin Prezident Administrasiyasının hasilat sektorunun neft bölməsinin rəhbəri Korneliya Şilonqa, Avropa İttifaqının nümayəndəliyinin səfiri Dieqo Miado Paskua, eləcə də bir sıra səfirlər, dövlət rəsmiləri, ekspertlər və sektor nümayəndələri də iştirak edirlər.

“NAPEC 2026” konfransında enerji sistemlərinin gələcəyi ilə bağlı əsas məsələlər müzakirə olunacaq. Bunlara enerji balansının şaxələndirilməsi və enerji istehsalının artırılması, təchizat təhlükəsizliyi və enerji qiymətlərinin əlçatanlığı, dekarbonizasiya və enerji əlaqələrinin gücləndirilməsi, qaz və hidrogen sektorunun inkişafı, aşağı karbonlu həllər daxildir.

Konfrans çərçivəsində enerji səmərəliliyi və emissiyaların azaldılması, rəqəmsallaşma və süni intellekt, infrastrukturun və enerji şəbəkələrinin modernləşdirilməsi, bərpaolunan enerji mənbələrinin və aşağı karbonlu texnologiyaların inteqrasiyası da diqqət mərkəzində olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır