Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Rusiya Prezidenti batiskafla Fin körfəzinin dibinə dalıb

Rusiya Prezidenti Vladimir Putin batiskafla Fin körfəzinin dibinə dalıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı II Dünya müharibəsində burada batmış Ş-308 “Semqa” sualtı qayığına baxacaq. Vladimir Putinin “C-Explorer 3” aparatında körfəzin dibinə dalması yarım saat davam edəcək. Onun olduğu aparat 50 metr dərinliyə dalacaq. Rusiya Prezidentinin suyun altında olduğu vaxt dalğıclardan biri orada xatirə lövhəsi yerləşdirəcək. Bundan sonra bütün işıqlar söndürüləcək və həlak olmuş dənizçilərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Körfəzin dibinə dalma prosesinin başlamasından əvvəl dövlət başçısına və onu müşayiət edən Müdafiə naziri Sergey Şoyquya sualtı qayığın keçdiyi döyüş yolu barədə məlumat verilib. Vurğulanıb ki, bir neçə düşmən gəmisini məhv edən Ş-308 “Semqa” sualtı qayığı 1942-ci il oktyabrın 26-da mərmi zədəsi alıb və körfəzdə batıb. Onun 40 nəfərlik ekipaj üzvlərinin hamısı həlak olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır