Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Birinci Xəzər İqtisadi Forumu Xəzəryanı ölkələr arasında əməkdaşlığa güclü təkan verəcək

Birinci Xəzər İqtisadi Forumu Xəzəryanı ölkələr arasında əməkdaşlığa güclü təkan verəcək.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Avqustun 12-də Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumu Xəzərdə iqtisadi-ticari, sərmayə əməkdaşlığına güclü təkan vermək məqsədi daşıyır”, - deyən Rusiya rəsmisi forumdan əvvəl Xəzəryanı ölkələrin iqtisadiyyat və nəqliyyat nazirləri səviyyəsində görüşlərin keçiriləcəyini qeyd edib.

“Xəzəryanı ölkələrin prezidentlərinin ötən il verdikləri qərara uyğun olaraq, XİN-lərin himayəsində yaradılan Xəzər dənizi məsələlərinə dair yüksək səviyyəli dövlətlərarası işçi qrupu da gərgin fəaliyyətə başlayıb. Xəzərdə düz istinad xətlərin çəkilməsi üsuluna dair sazışlə bağlı beştərəfli danışıqlara başlanılıb, axtarış-xilasetmə fəaliyyətləri, dəniz nəqliyyatı, elmi tədqiqatlar, gəmiçiliyin təhlükəsizliyi, qanunsuz ov və narkotiklərin dövriyyəsilə bağlı sənədlər hazırlanır”, - Rusiya XİN-in sözçüsü diqqətə çatdırıb.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır