Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

class="content-title">BMT miqrant gəmiləri ilə bağlı İtaliyanın qərarını tənqid edib

BMT Aralıq dənizində qeyri-leqal miqrantları xilas edən gəmilərə qarşı cəza tədbirlərinin görülməsi ilə bağlı İtaliya parlamentinin qəbul etdiyi qərarı sərt tənqid edib. 

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının sözçüsü Carli Yeksli İtaliyanın qanunverici orqanının qərarını tənqid edərək deyib: “İnsanları ölümdən qurtaran qeyri-hökumət təşkilatlarının fəalları və onların xilasedici gəmilərinin İtaliyanın ərazi sularına buraxılmaması, habelə 1 milyon avro məbləğində cərimə edilməsi barədə qərar BMT-ni məyus edib. Bu gəmilərin ekipajının humanist hərəkətlərini cinayət aktı kimi qiymətləndirmək və onları cəzalandırmaq düzgün addım deyil”.

Miqrantları xilas edən gəmilərin müsadirə olunması qərarı isə, BMT nümayəndəsinin sözlərinə görə, beynəlxalq hüquq normalarına ziddir.

BMT-nin hesabatında bildirilir ki, 2019-cu ildə Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə getmək istəyən 426 miqrant boğularaq ölüb. 2014-2018-ci illərdə isə Avropaya yollanan 30,510 qeyri-leqal miqrant həyatını itirib.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır