Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Dəniz quldurları Polşaya məxsus gəmini ələ keçiriblər

Polşanın “Euroafrica linie SP Z 00” şirkətinə məxsus “ESL Australia” quru yük gəmisi Qvineya körfəzində dəniz quldurlarının hücumuna məruz qalıb.

"Seanews.az" xəbər verir ki, gəmi Takoradidən (Qana) Dualaya (Kamerun) üzən zaman Bonni yaxınlığında quldurlarla üzləşib. Gəmiyə daxil olan quldurlar onun idarəsini ələ keçiriblər.

Heyət üzvlərinin vətəndaşlığı və girov götürülənlərin vəziyyəti barədə hazırda heç bir məlumat verilməyib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır