Səyahət gəmiləri sentyabrın 17-dək Avstraliya sularına buraxılmayacaq
Avstraliya hakimiyyəti səyahət gəmilərinin ölkə sularına daxil olmasına qoyulan qadağanı sentyabrın 17-nə qədər uzadıb.
Bu barədə məlumat Sərhəd Xidmətinin mətbuatda yayılan bəyanatında yer alıb.
“Səyahət gəmilərinin Avstraliya sularına daxil olmasına qoyulan qadağa daha üç ay – 2020-ci il sentyabrın 17-dək uzadılıb. Yüz nəfərdən çox sərnişin tutumuna malik bütün səyahət gəmilərinin ölkəyə girişi qadağandır”, - deyə qurumun bəyanatında bildirilir.
Avstraliya hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə səyahət gəmilərinin ölkəyə daxil olmasını martın 27-də qadağan etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır