Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Nəhəng gəmi Braziliyada batırılıb - VİDEO

“Stellar Banne” gəmisi 270.000 tondan çox dəmir filizi Ponta da Madeira limanından ayrılaraq Çinə doğru gedərkən 24 fevral 2020-ci ildə São Luís sahillərindən təxminən 100 km məsafədə saya oturmuşdu. 20 ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə təxliyə edilsə də, gəmini xilas etmək mümkün olmamışdı.

“Seanews.az” xəbər verir ki, sözügedən gəminin gün keçdikcə xilası çətinləşdiyinə görə içərisindəki dəmir filizi ilə birlikdə batırılmasına qərar verilib.

Gəmi Maranhaodan təxminən 150 km uzaq məsafədə batırılıb.

Mütəxəssislər gəmidə qalan dəmir filizinin dəniz mühitinə heç bir təhlükə yaratmadığını bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır