Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Türkiyə gəmiçilik kanalının tikintisinə 20 milyard dollar xərcləyəcək

İstanbul gəmi kanalının tikintisi Türkiyəyə 20 milyard dollara başa gələcək ki, bu da təxmin edilən ilkin rəqəmdən 5 milyard dollar çoxdur.

Bunu “Sabah” qəzetinə müsahibəsində Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri Adil Karaismailoğlu deyib.

"Kanalın dəyəri ilkin hesablamalardan yüksək çıxdı. Biz tikintini 15 milyard dollar hesablamışıq, amma 20 milyard dollara başa gələcək. Türkiyə hakimiyyəti layihəni büdcədənkənar mənbələr hesabına həyata keçirmək istəyir", - Karaismailoğlu bildirib.

Nazirin sözlərinə görə, bu layihənin həyata keçirilməsi zərurətdir. Ona görə də kanal gec-tez tikiləcək. Bundan əlavə, yeni kanal Boğazda nəqliyyat yükünü azaltmağa kömək edəcək. Məsələn, indi boğazdan hər il 50 min gəmi keçir. Əgər bu axın 70 minə çatarsa, o zaman Boğazdan keçid sadəcə qeyri-mümkün olacaq.

İstanbul kanalının tikintisi hələ 2011-ci ildə elan edilib. Proqnozlara görə, gündə kanaldan 160 gəmi keçə bilər. Gəmilərin keçidindən  il ərzində 8 milyard dollar səviyyəsində gəlir əldə ediləcəyi ehtimal olunur.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır