Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Yedək gəmisinin mühərriki metanolla işləmək üçün uyğunlaşdırılıb

Belçikanın Antverpen-Brügge limanının yedək gəmilərindən birinin mühərriki metanolla işləmək üçün uyğunlaşdırılıb.

“Seanews.az”ın məlumatına görə, gəminin alternativ yanacaqla işləməsi üçün modernləşdirilməsi ilə “Anglo Belgian Corporation” məşğul olub. "Hazır olduqdan sonra bizim yedək gəmimiz metanolla işləyə biləcək ki, bu da CO2 emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq", - Antverpen-Brügge limanının məlumatında belə deyilir.

Alternativ yanacaq kimi metanolun populyarlığı, “AP Moller-Maersk” konteyner xətti onu seçmək qərarını bildirdikdən sonra sürətlə artıb. “DNV” təsnifat cəmiyyəti bildirir ki, metanolla işləyən gəmilər üçün sifarişlərin sayı ilk dəfə LNG üçün sifarişlərin sayını ötüb.

Şimal dənizindən 90 km məsafədə, Şelda çayı üzərində yerləşən Antverpen dəniz və çay limanı eyni vaxtda “Capesize” gəmiləri də daxil olmaqla 400-ə qədər gəmi qəbul edə bilər. Yanalma  körpülərinin uzunluğu 100 km, körpülərdə suyun dərinliyi 5-17,5 metrdir.

Antverpen Şimal dənizindəki əksər limanlardan daha əlverişli yerdə yerləşir: onun terminalları dəmir yolu, çay və avtomobil nəqliyyatı vasitəsilə ölkənin daxili hissələri ilə bağlıdır. Antverpen limanı idarə olunan yük axınına görə Avropada Rotterdamdan sonra ikinci yerdədir. 2021-ci ilin fevralında Belçikanın Antverpen və Brügge şəhərlərinin bələdiyyələri iki limanın birləşdirilməsi barədə razılığa gəliblər və 2022-ci ilin aprelində müştərək liman idarəetmə şirkəti üçün səhmdar müqaviləsi imzalanıb. İlkin proqnozlara görə, Antverpen-Brügge birləşmiş limanının yük dövriyyəsi ildə 278 milyon tona çata bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır