Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Konteyner gəmisində "ön şüşə" texnologiyası sınaqdan keçirilib

“CMA CGM” konteyner gəmisində "ön şüşə" texnologiyası sınaqdan keçirilib.

“Seanews.az”-ın məlumatına görə, ön şüşə rolunu oynayan avadanlıq gəminin aerodinamikasını təkmilləşdirməli, eyni zamanda yanacaq sərfiyyatını və ətraf mühitə tullantıları azaltmalıdır.

Külək deflektoru 16 000 TEU tutumlu “CMA CGM Marco Polo” konteyner gəmisində quraşdırılıb. Gəmi Aralıq dənizi - ABŞ-ın şərq sahilləri marşrutunda səfərlər edir.

“CMA CGM” texnologiyaya yanaşmasını inkişaf etdirmək üçün konsepsiyanı öyrənir və sınaqdan keçirir. “CMA CGM Marco Polo” konteyner gəmisindəki konstruksiyanı hazırlamaq və quraşdırmaq altı ay çəkdi. Sınağın nəticəsi uğurlu olarsa, külək deflektorları şirkətin digər konteyner gəmilərində də quraşdırılacaq,- deyə “CMA CGM”-in bəyanatında deyilir.

Xatırladaq ki, ötən ilin dekabrında “ONE” şirkətində də analoji təcrübəyə başlamışdılar. Belə ki, 20 000 metrlik “ONE Trust” gəmisində külək deflektoru quraşdırılıb. Gəmi Asiya-Avropa marşrutu üzrə səfərlər edir və Southampton, Havr, Hamburq, Rotterdam, Tanjer, Sinqapur, Ninbo, Yantyan və Nanşa limanlarına yan alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır