Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yeni Ro-Ro gəmiləri üçün rotor yelkən sistemi ilə layihə hazırlanacaq

“Deltamarin Group”, “Louis Dreyfus Armateurs” (“LDA”) gəmiçilik şirkəti və Çinin “Wuchang Shipbuilding Industry Group Co Ltd.” (“WSIG”) gəmiqayırma qrupu yüksək ekoloji göstəricilərə malik üç Ro-Ro gəmisi seriyasının layihələndirilməsində əməkdaşlıq edəcəklər.

“Seanews.az” “Deltamarin Group”-un mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, gəmilər Avropanın “Airbus” təyyarələrinin komponentlərinin okeanda daşınması üçün lazımdır.

“Airbus” Avropa və ABŞ-dakı istehsal sahələri arasında təyyarə komponentlərini daşıyan bütün kirayə verilmiş donanmasını modernləşdirmək üçün fransız gəmi şirkəti “Louis Dreyfus Armateurs”-u seçib

“Deltamarin” və “Louis Dreyfus Armateurs” əvvəllər gəmi konsepsiyası üzərində birlikdə işləmişlər və indi “Wuchang” Gəmiqayırma Zavodu üçün gəmilərin texniki və işçi layihəsini təmin edəcəklər.

Gələcək ekoloji cəhətdən təmiz gəmilərin güc qurğularına dizel yanacağı və sintetik metanolla işləyən iki yanacaqlı mühərrik, həmçinin altı “A.Flettner” rotor yelkənli sistem daxil olacaq. Bu gəmilər transatlantik marşrutda işləməsi 2030-cu ilə qədər orta illik CO2 emissiyalarını 68 min tondan 33 min tona qədər azaldacaq.

Hər bir belə gəmi təxminən yetmiş 40 futluq konteyner və altı dar gövdəli təyyarəni daşımağa qadir olacaq ki, bu da mövcud gəmilərlə müqayisədə xeyli çoxdur. Gəmilər “Louis Dreyfus Armateurs”-a məxsus olacaq və bu şirkət tərəfindən də idarə olunacaq. Onların istismara verilməsi 2026-cı ilə planlaşdırılır.

“Deltamarin Group” (“AVIC International Maritime Holdings Limited”-ə daxildir) gəmi konstruksiyalarının hazırlanması, eləcə də bütün dünyada dəniz qurğularının layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşmışdır. Şirkət dəniz neft sektoruna konsaltinq, layihələndirmə, satınalma, tikinti və quraşdırma xidmətləri göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır