Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Ammonyakla işləyən ilk kommersiya gəmisi Tokio körfəzində yedək əməliyyatlarını həyata keçirəcək

“NYK” xətti gəmiçilik şirkəti ammonyakla işləyən ilk yedək gəmisinin yaradılması üzərində işləri başa çatdırıb. “Sakigake” (“A-Tug”) gəmisinin operatoru “Shin-Nippon Kaiyosha” (“NYK” qrupuna daxildir) şirkəti olacaq. Üç aylıq sınaq müddətində gəmi Tokio körfəzində yedək əməliyyatlarını həyata keçirəcək.

“Seanews.az” xəbər verir ki, bunu “NYK”-nın mətbuat xidməti bildirib.

“IHI Power Systems” və “ClassNK” təsnifat cəmiyyətinin də iştirak etdiyi layihəyə 2021-ci ilin oktyabrında start verilib. İş Yaponiyanın Yeni Enerji və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatının (NEDO) Yaponiyanın ammonyak yanacağı mühərrikləri ilə təchiz edilmiş gəmilərin hazırlanması üçün başlatdığı Yaşıl İnnovasiyalar Fondu layihəsi çərçivəsində həyata keçirilib.

Mayeləşdirilmiş təbii qazla (LNG) işləmək üçün nəzərdə tutulan “Sakigake” yedək gəmisi 2015-ci ildə “Keihin Dock” gəmiqayırma şirkətinin (“NYK” Qrupuna daxildir) “Oppama” tərsanəsində sifarişçiyə təhvil verilib. Tokio körfəzində səkkiz il istismar edildikdən sonra əsas mühərrikinin ammonyak yanacağı ilə işləməsini təmin etmək üçün gəmi “Keihin Dock” körpüsündə dayanıb.

Bundan əvvəl, “NYK” şirkəti, mühərrik tərtibatçıları və istehsalçıları “Japan Engine Corporation”, “2IHI Power Systems” və “Nihon Shipyard” dünyanın ilk orta ölçülü ammonyakla işləyən qaz daşıyıcısının (“AFMGC”) tikintisi üçün müqavilə imzalayıblar. Bu qaz daşıyıcısının istismara verilməsi 2026-cı ilin noyabrına planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır