Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-04,
Seanews
Heyder Eliyev

"Yodohime” balkeri modernləşdirmədən sonra ilk səfərini başa vurub

Yaponiyanın  2016-cı ilin fevralında tikilən “Yodohime” balkeri rotor yelkəni (“Norsepower Rotor Sail”)  ilə təchiz edilib.

“Seanews.az” Finlandiyanın “Norsepower” şirkətinə istinadən xəbər verir ki, sistemin quraşdırılması 2024-cü ilin dekabrında başa çatıb, 2025-ci ilin yanvarında isə gəmi modernləşdirmədən sonra ilk səfərini başa vurub.

Köməkçi külək mühərriki sisteminin təchizatı üçün sifarişçilər gəminin sahibi Yaponiyanın “IINO Kaiun Kaisha” (“IINO Lines”) və “Electric Power Development” (“J-Power”) elektrik enerjisi şirkətidir.

Hündürlüyü 24 metr, diametri 4 metr olan rotorlu yelkən balkerin burun hissəsində quraşdırılıb. Külək turbininin səmərəli istismarını təmin etmək üçün ən son texnologiyalardan istifadə olunur: süni intellekt sensorların köməyi ilə küləyin istiqaməti və sürəti ilə bağlı proqnozları nəzərə alaraq rotorun fırlanma istiqamətini və sürətini avtomatik tənzimləyir.

“Norsepower” hesab edir ki, rotor yelkənindən istifadə yanacaq sərfiyyatını və karbon qazı emissiyalarını təxminən 6-10% azaldacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır