“Stena Line” və “Norsepower” yeni Ro-Ro gəmisində iki rotor yelkəninin təchizatı və quraşdırılması üçün müqavilə imzalayıb
İsveç gəmiçilik şirkəti “Stena Line” və külək mühərriki avadanlığı istehsalçısı “Norsepower” yeni Ro-Ro gəmisi “Stena Connecta”-da iki rotor yelkəninin təchizatı və quraşdırılması üçün müqavilə imzalayıb.
“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Gəminin bu yaxınlarda Çinin “CMI Jinling Weihai” (“Weihai”) tərsanəsində suya salınıb. İstismara verilməsi 2025-ci ilin dördüncü rübünə planlaşdırılır. 147 metrlik gəmi hündürlüyü 28 metr və diametri 4 metr olan iki rotorlu yelkənlə təchiz ediləcək. Rotor
yelkənləri Çində “Norsepower”-ın yeni müəssisəsində istehsal olunacaq.
Rotor yelkənlərinin quraşdırılması şirkətin 2030-cu ilə qədər karbon qazı emissiyalarını 30% azaltmaq proqramına uyğun olaraq həyata keçiriləcək. Daşıyıcının fikrincə, köməkçi külək mühərrikinin istifadəsi Belfast və Heysham arasında marşrut üzrə sərnişin və yük daşımaları zamanı yanacağa təxminən 9% qənaətə imkan verəcək.
Qeyd edək ki, “Stena Line” (İsveç) Avropanın ən böyük bərə şirkətlərindən biridir və donanması Şimali Avropa və Aralıq dənizində 20 marşruta xidmət edən 40 gəmidən ibarətdir. “Stena Line”-nin gəmiləri ildə 33 mindən çox səfər həyata keçirir.