Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Facebook” gündə 1 milyondan çox səhifəni s

“Facebook” sosial şəbəkəsi gündəlik 1 milyondan artıq profili bloklayır.  Bu barədə sosial şəbəkənin təhlükəsizlik xidmətinin rəhbəri Aleks Stamos bildirib. Bloklanmaya səbəb spamın yayılması, fırıldaqçılıq və nifrət, zorakılıq çağırışlarının əks olunduğu yazıların dərc edilməsidir. Bununla belə, A. Stamos etiraf edib ki, şirkət heç də bütün təhlükələri aradan qaldıra bilmir. Bəzən isə “Facebook”un qaydalarına zidd olmayan yazılar və ya videolar da silinir. A. Stamosun sözlərinə görə, səhvlər sosial şəbəkənin qaydaları ilə əlaqədar deyil, texniki səbəblərdən baş verir. O xatırladıb ki, sosial şəbəkə 100-dən artıq ölkənin qanunvericiliyinə uyğun şəkildə işləməlidir. Həmin ölkələrin bəzilərində isə nifrət yayan fikirlər və çağırışlar fərqli düşüncəyə malik insanlarla mübarizə məqsədilə istifadə edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır