Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-09,
Seanews
Heyder Eliyev

Yeni platforma limanlarda dron və naviqasiya təhdidlərini aşkarlayır

Almaniyanın təhlükəsizlik texnologiyaları şirkəti “Hensec” limanların mühafizəsi üçün dronların aşkarlanmasını GPS və digər peyk naviqasiya sistemlərinə müdaxilənin monitorinqi ilə birləşdirən yeni platforma təqdim edib.

“Seanews.az” xəbər verir ki, “Port Airspace and GNSS Security” (Portags)  adlı sistem radio tezlik (RF) sensorlarını, passiv radarı və Qlobal Naviqasiya Peyk Sistemlərinin (GNSS) monitorinqini vahid platformada birləşdirir. Sistem müxtəlif sensorlardan əldə olunan məlumatları əlaqələndirərək həm havadakı obyektləri, həm də naviqasiya siqnallarına müdaxiləni müəyyənləşdirir.

Platforma dronların idarəetmə, rabitə və telemetriya siqnallarını aşkarlaya, ötürmə həyata keçirməyən hava obyektlərini isə passiv radar vasitəsilə müəyyən edə bilir. GNSS monitorinqi isə siqnalların bloklanmasını (jamming) və saxtalaşdırılmasını (spoofing) aşkar etməyə imkan verir.

“Hensec” bildirir ki, sistem konteyner terminalları, neft məhsulları terminalları, liman girişləri və avtomatlaşdırılmış terminallar, eləcə də liman ərazisindəki enerji və kommunikasiya infrastrukturu üçün istifadə oluna bilər.

Platformanın təqdimatı Avropanın şimalındakı liman və gəmiçilik marşrutlarında dron təhlükələri və peyk naviqasiya siqnallarına müdaxilə ilə bağlı narahatlıqların artdığı bir dövrə təsadüf edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır