Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Antverpen limanında koronavirusla mübarizədə smart-qolbağ sınaqdan keçirilir

Antverpen limanında ara məsafəsini saxlamaq və koronavirusa yoluxmuş dənizçilərin kimlərlə əlaqədə olduğunu izləmək qabiliyyətinə malik smart-qolbağı testdən keçirirlər.

"Seanews.az" xəbər verir ki, “Rombit” şirkətinin hazırladığı bu qolbağ Belçika hökumətinin koronavirusun yayılmasına qarşı rəqəmsal qurğular hazırlamaq çağırışına cavab olaraq hazırlanıb. İnsanlar müəyyən edilmiş məsafəni keçdikdə qolbağ xəbərdarlıq siqnalları verir.

Bundan əlavə, koronavirusa yoluxmuş bir insanın təmaslarını izləməyə şərait yaradır. Gəmidə sağlamlıq məsələləri üzrə səlahiyyətli şəxs, infeksiyanın yayılmasının qarşısını almaq üçün bu məlumatları daim istifadə edə bilər. Bu halda isə məxfiliyə zəmanət verilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır