Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Gəmi qəzalarının qarşısını almaq üçün süni intellekt sınaqdan keçirilir

“Fujitsu” şirkəti gəmi toqquşmalarının qarşısını almaq üçün süni intellekti sınaqdan keçirir.

“Fujitsu Laboratories Ltd” tərəfindən hazırlanmış “Fujitsu Human Centric AI Zinrai” texnologiyası Tokio körfəzinin Gəmi İdarəetmə Mərkəzində Yaponiyanın sahil mühafizəsi ilə birlikdə həyata keçirilib.

Məlumata görə, 2009-2019-cu illər arasında Yaponiyada 2963 dəniz hadisəsi baş verib. Böyük gəmilərin toqquşmasının nəticələri heyət təhlükəsizliyi, gəmilərin zədələnməsi və ekologiya baxımından çox ciddi nəticələrə səbəb ola bilər.

Nəqliyyat sıxlığı yüksək olan ərazilərdə gəmilərin hər birinin necə hərəkət edəcəyini hesablamaq həmişə mümkün olmur. Risklərin vaxtında qiymətləndirilməsi və gəmilərə tövsiyələrin tez bir zamanda verilməsi operatorun təcrübəsindən asılıdır.

“Fujitsu”-nun təklif etdiyi texnologiya toqquşmanı qabaqcadan görməyə və hansı ərazilərdə toqquşma riskinin daha yüksək olduğunu müəyyən etməyə imkan verir. Texnologiyanın gəmi trafikinə nəzarət sistemi ilə birlikdə istifadəsi naviqasiya təhlükəsizliyini artıra və toqquşma riskini azalda bilər.

Sözügedən texnologiya operatorlara nisbətən risk haqqında iki dəfə çox xəbərdarlıq edib. Orta hesabla, süni intellekt risk haqqında iki dəqiqə öncə xəbərdarlıq verir. Kritik vəziyyətlərdə bu iki dəqiqə çox vacib ola bilər.

“Fujitsu” şirkəti texnologiyanı daha mürəkkəb şəraitdə sınaqdan keçirməyə və gələcəkdə istifadəyə verilməsi üçün dəqiqliyini artırmaq niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır