Dronlar vasitəsilə gəmilərə yük daşınır - VİDEO
Sinqapurda təsis edilmiş “F-drones” pilotsuz uçuş aparatları vasitəsilə ilk dəfə Eastern Pacific Shipping (EPS) şirkətinə məxsus quru yük gəmisinə yük daşınıb.
"Seanews.az" xəbər verir ki, dron ümumi çəkisi 2 kiloqram olan yükü 2.7 kilometr məsafəyə 7 dəqiqəyə çatdırıb.
“F-drones” xarici ölkələrə pilotsuz uçuş aparatlarının göndərilməsi üçün Sinqapur Mülki Aviasiya Təşkilatından icazə almış ilk Sinqapur şirkətidir. Pilotların uçuşlarına hələlik sahil yaxınlığındakı gəmilərdə icazə verilir. Bununla yanaşı, “F-drones” əməliyyatlarının miqyasını genişləndirmək niyyətindədirlər.
Dronlar vaxta və maliyyə xərclərinə 80% -ə qədər qənaət edə, o cümlədən CO2 tullantılarını azalda bilər. Bundan əlavə, koronavirus pandemiyası zamanı insan təmasının qarşısını alır.
Hazırda “F-drones” şirkəti 5 km məsafəyə 5 kq ağırlığında yük daşıya bilən dronlar üzərində işləyir. 2021-ci ilin ikinci yarısında şirkət 100 km məsafəyə 100 kq yükü çatdıra biləcək dronun hazırlanmasını başa çatdırmağı planlaşdırır.