Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

2000-ci ildən bəri buzlaqların əriməsi dəniz səviyyəsini 2,2 mm artırıb

Dünya iqlimşünasları Şimal yarımkürəsinin sahil buzlaqlarının və aysberqlərinin əriməsini izləyərək belə nəticəyə gəliblər ki, bu proses son iyirmi ildə dəniz səviyyəsini 2,2 mm artırıb.

 

Tədqiqatçılar “Nature Communications” jurnalındakı məqalədə qeyd edirlər ki, ərimə xüsusilə Rusiyanın buzlaqlarına təsir edib.

“Bizim hesablamalarımız göstərdi ki, son iyirmi ildə Şimal yarımkürəsinin bütün sahilyanı buz massivləri ərimə, eləcə də vaxtaşırı parçalanma nəticəsində hər il 223 milyard tondan çox kütlə itirib. Bu o deməkdir ki, həmin buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi əlavə olaraq 2,2 mm artıb”, - məqalədə bildirilib.

Vurğulanıb ki, Yer kürəsinin qütb bölgələri və dağ buzlaqları iqlim dəyişikliyinin ilk “qurbanları” olub. Onların yerləşdikləri ərazilərdə temperatur ötən əsrlərlə müqayisədə 4-9 dərəcə yüksək olub. Bu proseslər həm şimal, həm də cənub qütbünə təsir göstərib.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır