Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Elm adamları okeanlara status verilməsi ilə bağlı çağırış ediblər

Elm adamları okeanlara da heyvanların və insanların sahib olduğu hüquqların verilməsi ilə bağlı çağırış ediblər.  

Oxu.az xəbər verir ki, bu barədə beynəlxalq alimlər qrupunun dərc olunmuş məqaləsində deyilir.

Tədqiqatçıların fikrincə, okeanların hüquqi statusuna baxılması gələcək nəsillər üçün planetin su ehtiyatlarının və ekosistemin qorunmasına kömək edəcək.

Təşəbbüs müəllifləri qeyd ediblər ki, okeanlar və dənizlər oksigenin əsas mənbəyidir, bəşəriyyəti böyük miqdarda qida və digər resurslarla təmin edir.

Eyni zamanda, bildirilib ki, suyun çirklənməsi bütün növlərin yox olmasına gətirib çıxarır. Bu da Yerin ekosistemini dəyişir.

“Ekoloji hüquqda status-kvonu saxlamaq təbiətin məhvinə bərabərdir. Beynəlxalq hüquq okeanın mövcudluğu, çiçəklənməsi və bərpası üçün təkamül etməlidir. Okeanın sağlamlığı insan sağlamlığıdır”, - deyə alimlər qeyd ediblər.

Bildirilir ki, insanlar təbiətə böyük ziyan vurub. Yerin çirklənməsi fəlakət halına gəlib.

Bundan başqa, amerikalı alimlər müəyyən ediblər ki, “Sakit Okeanda Böyük Zibil Ləkəsi” (Sakit Okeanın şimalında sürüklənən plastik tullantılar) bir çox dəniz heyvanlarının məskəninə çevrilib.

Tədqiqatda o da vurğulanır ki, planetdə iqlim dəyişikliyi ilə əlaqədar okeanlar isinir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır