Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Cənubi Koreyada gəmiqayırma sənayesi qocalmış kadr problemi ilə üzləşib

Koreya tərsanələrində işçi qüvvəsi çatışmazlığı yaşanmaqda davam edir, lakin Cənubi Koreya rəsmiləri saxta viza və ixtisasları təsdiq edən sənədlərə görə Vyetnamdan olan 1100 qaynaqçıya girişi rədd ediblər.

“Seanews.az”ın məlumatına görə, Vyetnam hökuməti Koreya hakimiyyətinə Vyetnam işə götürmə şirkətlərindən birinin mümkün saxtakarlıq fəaliyyəti ilə bağlı xəbərdarlıq edib. Koreyanın əcnəbi işçilərin iki illik iş təcrübəsinin olması və viza kvalifikasiya imtahanından keçməsini tələb edən əmək  qanunlarına uyğun gəlməyən işçilərin işə götürdüyü güman edilir.

Cənubi Koreya hakimiyyəti Vyetnamla işləməyə davam etdiklərini, lakin eyni zamanda Tailand, Şri-Lanka və İndoneziyadan qaynaqçıları işə götürməyə başladıqlarını bildirib.

Gözlənilir ki, bu ay İndoneziya, Çin, Özbəkistan və Vyetnamdan daha 550, ilin sonunadək isə 2000-ə qədər əcnəbi mütəxəssis “Hyundai Heavy Industries” gəmiqayırma zavodlarında işləyəcək (ilin ortalarında “HHI”-də 800-ə yaxın əcnəbi işləyirdi). Ümumiyyətlə, avqustun sonunda Cənubi Koreyanın gəmiqayırma sənayesi 3,8 min əcnəbi işçinin işə götürüldüyünü bildirdi”, - “Maritime Executive” yazır.

Ekspertlərin fikrincə, 2023-cü ilin ortalarına qədər Koreya tərsanələrində 10 minə yaxın mütəxəssis çatışmayacaq.

Xatırladaq ki, bu ilin yazında gəmilərin inşası üçün sifarişlərin artması və işçi qüvvəsinin çatışmazlığı fonunda Cənubi Koreya hökuməti əcnəbiləri işə cəlb etməyi, onların ölkəyə girişini asanlaşdırmağı, eləcə də gənc mütəxəssislərin hazırlanmasına subsidiya vermək üçün proqramlara start verməyi planlaşdırırdı.  Yazda Seul xarici ölkələrin mütəxəssislərinə 4400 iş yeri üşün icazə verməyə hazır olduğunu elan etdi.

Cənubi Koreyada gəmiqayırma sənayesi qocalmış kadr problemi ilə üzləşib. Belə ki, 20-30 yaşlı mütəxəssislər cəmi 30% təşkil edir, 60 yaşlı mütəxəssislərin sayı isə son beş ildə iki dəfə artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır