Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-07,
Seanews
Heyder Eliyev

Futbol turnirinin növbəti oyununda ASCO və Azərişıq qarşılaşması bərabərliklə yekunlaşıb

52 dövlət qurumunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri davam edir.

Turnir çərçivəsində 11 dekabrda ASCO-nun komandası “Azərişiq” ASC-nin futbolçuları ilə üz-üzə gəlib. Hərəyə iki qol vuran tərəflər matçdan bərabərliklə ayrılıb.

Növbəti oyun dekabrın 17-də baş tutacaq.  Bu dəfə ASCO-nun əməkdaşları “Azərbaycan Dəmir Yolları” QSC-nin futbol komandası ilə qarşılaşacaq.

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə dövlət qurumları arasında təşkil etdiyi yarış 2023-cü il mayın 6-dək davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır