Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“TripAdvisor” platformasında “Suraxanı” gəmi-muzeyi ölkəmizin 20 ən yaxşı muzeyi sırasında 3-cü yerdə qərarlaşıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi milyonlarla istifadəçisi olan məşhur səyahət saytı “TripAdvisor” istifadəçiləri tərəfindən maraqla qarşılanır.

İstifadəçilərin rəyinə əsasən, Azərbaycanın ən yaxşı 20 muzeyinin siyahısı hazırlanıb. “Suraxanı” gəmi-muzeyi siyahıda 3-cü yerdə qərarlaşıb.

“TripAdvisor” platformasında dünyanın hər bölgəsində yerləşən istirahət və turizm mərkəzləri dəyərləndirilir. Turistlər bu saytı özlərinə “səyahət məsləhətçisi” bilirlər.

Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyinin ekspozisiyasında nümayiş olunan istər audio-video, istərsə çap materialları Azərbaycan, İngilis və Rus dillərində sərgilənir. Burada təşkil edilən ekskursiyalar da 3 dildə aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır