Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Səbail” futbol klubu yeni layihəyə start verib

“Səbail” Peşəkar Futbol Klubu Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün başlanması ilə yeni layihəyə start verib.

Bu barədə AZƏRTAC-a klubun mətbuat xidmətindən məlumat verilib.

Cari mövsümdə klubun keçirəcəyi hər ev oyunu ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunacaq. Layihənin məqsədi futbolun cəmiyyətdə təkcə bir idman növü kimi assosiasiya olunmaması, həyatın müxtəlif sferalarına inteqrasiyası, tarix, mədəniyyət, incəsənət və digər sahələrin futbol vasitəsilə fərqli prizmadan gündəmə gətirilməsidir.

Beləliklə, Premyer Liqanın 1-ci turu çərçivəsində avqustun 5-də saat 18:30-da, “ASCO Arena”da keçiriləcək “Səbail” - “Sumqayıt” oyunu Azərbaycan Kinosu Gününə həsr olunacaq.

Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. 1898-ci ilin bu günü Bakıda çəkilən ilk kino-süjetlərin kütləvi nümayişi təşkil olunub. Həmin dövrdə “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və başqa sənədli filmlər tamaşaçılara təqdim edilib. Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır