Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Köpəkbalığı Rusiyanın ekspedisiya gəmisini batırıb

Köpək balıqları Rusiya Coğrafiya Cəmiyyətinin Tomsk bölməsinin "Rus dənizçilərinin yolu ilə" ekspedisiyasının iştirakçılarının olduğu Mərcan dənizindəki “Russian Ocean Way – TION” katamaranına hücum edib.

“Seanews.az” xəbər verir ki, bu barədə çərşənbə günü "İnterfaks"a Rusiya Coğrafiya Cəmiyyətinin icraçı direktoru Yuliya Kalyujnaya bildirib.

"Gecə Moskva vaxtı ilə saat 19:00-da katamarana bir neçə köpəkbalığı hücum edib, nəticədə gəmi batmağa başlayıb. Heyət SOS siqnalı verib. Köməyə gələn gəmi ekspedisiya üzvlərini Avstraliyanın Brisben şəhərinə aparacaq”, - Kalyujnaya bildirib.

Katamaranın göyərtəsində üç nəfər olub: ekspedisiya rəhbəri Yevgeni Kovalevski, trimaranı kapitanı Stanislav Berezkin və Vinsent adlı fransız. Hadisə zamanı onlardan heç biri xəsarət almayıb, katamaran isə batıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır