Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“NYK Line” və tərəfdaşlar biokütlədən alınan qazla işləyəcək ilk gəmi yaratmağı planlaşdırırlar

Yaponiyanın “NYK Line” (“NYK”), “NYK Bulk&Projects Carriers” (“NBP”)gəmiçilik şirkətləri, “Tsuneishi Shipbuilding” gəmiqayırma şirkəti və Britaniyanın “Drax Group” (“Drax”) şirkəti biokütlə qazından istifadə texnologiyasını inkişaf etdirmək və dünyada belə yanacaqla işləyə biləcək ilk gəminin tikintisi üçün niyyət məktubu imzalayıblar. Layihə iştirakçıları onilliyin sonuna qədər belə bir gəmi yaratmağı planlaşdırırlar.

“Seanews.az” xəbər verir ki, bu barədə “NYK Line”-nin mətbuat xidməti məlumat yayıb.

Biokütlə ilə işləyən quru yük gəmiləri hər səfərdə karbon qazı emissiyalarını 22% azalda bilər.

Müqavilə çərçivəsində şirkətlər ilkin olaraq biokütlədən yanacaq istehsalı üçün gəmidə yeni güc mühərrikləri yaradılması üzrə tədqiqatlar aparacaqlar. Dörd şirkət həmçinin biokütlənin çatdırılması zamanı emissiyaları və dəniz yanacağı xərclərini azaltmaq üçün digər bərpa olunan enerji texnologiyalarından istifadəni araşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır