Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dənizçi ailələri arasında “Atam, anam və mən” adlı idman-turizm yarışı təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar dənizçi ailələri üçün Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən” adlı idman-turizm yarışı təşkil edib.

ASCO-nun Korporativ Sosial Məsuliyyəti çərçivəsində keçirilən tədbirin əsas məqsədi ailələr arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

İştirakçılar qalib adını qazanmaq üçün çadır quraşdırmaq, meşə zolağındakı maneələri dəf etmək, topları səbətə atmaq, labirint şəklində quraşdırılmış iplərin arasından keçmək, iki ağaca bağlanmış ipin üzərindən yerimək, oxlarla hədəfi vurmaq və s. növlər üzrə yarışlarda güclərini sınayıblar. Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, ailənin ən kiçik üzvlərinin də çevikliyi vacib rol oynayıb.

Yarışların ümumi nəticələrinə əsasən Abbasovlar ailəsi (Xəzər Dəniz Neft Donanması) qalib adını qazanıb. İkinci yeri Xıdırovlar ailəsi (“ASCO Nəqliyyat” MMC) tutub. Üçüncü yerdə Muradovlar ailəsi (“ASCO Nəqliyyat” MMC) qərarlaşıb.

Qalib komandalara diplom və qiymətli hədiyyələr verilib.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin əməkdaşlarının nəzarəti ilə baş tutan yarış üç gün davam edib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır