Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Tanınmış səyyah Xəzərin monitorinqini aparmaq üçün Bakıya günəş enerjisi ilə işləyən katamaran gətirəcək

2023-cü ildə tanınmış səyyah Fyodor Konyuxov günəş enerjisi ilə işləyən katamaranla Sakit Okeanı ilk dəfə təkbaşına keçib. İndi onun varisi günəş enerjisi ilə işləyən katamaranla Xəzər dənizində monitorinq aparmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, 25 ildən çoxdur “SAP Discovery Day Baku 2024” tədbirinin xüsusi qonağı olmuş məşhur səyahətçi və yaxtaçının oğlu, atasının yolunu davam etdirən səyyah Oskar Konyuxov deyib: “Biz bu katamaranı Dubaydan Bakıya gətirməyi, Xəzər dənizini şimaldan cənuba qət etməyi, videogündəlik aparmağı və hər gün dəniz suyunda plastik tullantıların olub-olmamasını qeyd edərək, akvatoriya boyu ekoloji monitorinq aparmağı planlaşdırırıq”.

Oskar Konyuxov əlavə edib ki, unikal katamaran britaniyalı dizayner Fil Morrison tərəfindən hazırlanıb. O, əvvəllər Fyodor Konyuxov üçün hər üç avarçəkən qayığı - URALAZ, TURGOYAK və AKROS-u dizayn edib.

NOVA adlanan katamaran günəş modullarının və bort batareyalarının işini qeyd edən ölçü cihazları ilə təchiz olunub. Əldə edilən məlumatlar layihənin texnoloji tərəfdaşlarına ötürülür və həmçinin “Albatros” - günəş enerjisi vasitəsilə Yer kürəsi ətrafında səyahət” layihəsində istifadə olunur.

“2025-ci ildə biz ilk günəş enerjisi ilə işləyən katamaranı Bakıya gətirməyi planlaşdırırıq. Əsas vəzifə Xəzər dənizini keçmək və dənizin mikroplastiklə çirklənmə dərəcəsini öyrənməkdir”, - deyə Oskar Konyuxov əlavə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır