ASCO-nun komandası dövlət qurumları arasında keçirilən üzgüçülük yarışında uğurlu nəticə göstərib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.
ASCO-nun Sosial nəqliyyat və inkişaf departamentindən bildirilib ki, yarışda dənizçilər də təmsil olunub.
4x50 metr sərbəst üsulda (estafet) kişilər arasında yarışda ASCO-nun komandası üçüncü yerdə qərarlaşıb.
Bakı Su İdmanı Sarayında təşkil olunan turnirin yekununda qalib komandalar mükafatlandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır