Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-16,
Seanews
Heyder Eliyev

Dünya sularında hazırda saxta bayraqlar altında 220-dən çox gəmi üzür

9 yanvar 2025-ci il tarixinə 223 gəmi dünya sularında saxta bayraq altında üzür.

“Seanews.az” xəbər verir ki, bu barədə “Lloyd's List” Beynəlxalq Dəniz Təşkilatının Gəmiçilikdə Qlobal İnteqrasiya İnformasiya Sisteminə (“GISIS IMO”) istinadən məlumat yayıb.

2023-cü ilin mart ayında 110 gəminin saxta bayraqla üzdüyü qeyd edilmişdi. Bu, 22 ayda 100%-dən çox artım deməkdir.

Böyük Britaniyanın başçılıq etdiyi və 22 ölkənin nümayəndələrindən ibarət təşəbbüs qrupu IMO-nun hüquq komitəsinə aşkar edilmiş “boşluqları” təsvir edən sənəd göndərib. Qeyri-qanuni qeydiyyata alınan gəmilərin əksəriyyəti neft tankerləri və yük gəmiləridir.

Ekspertlər bayraq saxtakarlığının əsas səbəbləri kimi geosiyasi qeyri-sabitlik və sanksiyaları göstərirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır