İspaniyanın “Navantia” şirkəti "Titanik"i inşa edən Britaniya gəmiqayırma zavodunu alıb
İspaniya “Navantia”-sının törəməsi olan “Navantia UK” şirkəti “Harland & Wolff”-un Belfast, Appledore, Methil və Arnişdəki müəssisələrinin alınması əməliyyatlarının başa çatdığını bildirib.
“Seanews.az” bu barədə xarici mediaya istinadən məlumat verir.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında “Harland & Wolff” müflis olduğunu elan etmişdi. Bu gəmiqayırma şirkəti 1861-ci ildə yaradılıb. Şirkətin əsas gəmiqayırma zavodu “Titanik” gəmisinin tikildiyi Belfastdadır.
“Harland & Wolff” son illərdə xüsusilə Asiya gəmi inşaatçılarının artan rəqabəti səbəbindən çətin dövrlər yaşadı. Beş il əvvəl xarici idarəetməyə verilmişdi, lakin sonra enerji şirkəti “InfraStrata” tərəfindən alındı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır