Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-13,
Seanews
Heyder Eliyev

Xəzər dənizində nərə balıqlarının yaşayış arealı 20-45 faiz azala bilər

Rusiya və xarici ölkələrdən olan iqlimşünaslar və ekoloqlar müəyyən ediblər ki, qlobal iqlim dəyişiklikləri səbəbindən Xəzər dənizində nərə balıqlarının yaşayış arealı 20-45 faiz azala bilər.

Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Lids Universitetinin Mətbuat Xidməti məlumat yayıb.

Əsas səbəb kimi qlobal istiləşmə və bunun nəticəsində Xəzər dənizində su səviyyəsinin enməsi göstərilir.

Alimlər xəbərdarlıq ediblər ki, bu dəyişikliklər təkcə nərə balıqlarına deyil, həm də Xəzər suitilərinin populyasiyasına mənfi təsir göstərə bilər. Belə ki, suitilərin çoxalması üçün zəruri olan buzlaqların sahəsinin 81 faiz azalacağı proqnozlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır