Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-14,
Seanews
Heyder Eliyev

Britaniya nüvə silahı daşıyan sualtı qayıqlarının modernləşdirilməsi üçün 6 milyard funt sterlinq ayırır

Dünyanın ən böyük aerokosmik, silah istehsalı və informasiya təhlükəsizliyi şirkətlərindən biri olan “BAE Systems” köhnəlmiş “Vanguard” donanmasını (nüvə silahı daşıyan strateji sualtı qayıqlar donanması) 2030-cu illərin başlanğıcından əvəz edəcək “Dreadnought” sinifli nüvə sualtı qayıqlarının modernləşdirilməsini davam etdirmək üçün Böyük Britaniya hökuməti ilə müqavilə imzalayıb.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, müqavilənin dəyəri 5,9 milyard funt sterlinqdir (7,8 milyard dollar).

Bu müqavilə Böyük Britaniyanın dənizdə davamlı nüvə silahlarından çəkindirmə sistemini dəstəkləyən 8,4 milyard funt sterlinqlik müdafiə maliyyələşdirmə paketinin bir hissəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır