Hörmüz boğazında gəmiyə zərbə endirilib, iranlı dənizçi həlak olub
İran dövlət mediasının məlumatına görə, Hörmüz boğazından keçən ticarət gəmisinə naməlum mərmi ilə zərbə endirilib. Hücum nəticəsində bir heyət üzvü həlak olub, bir neçə nəfər yaralanıb. Gəmidə yanğın baş verdikdən sonra heyət sahilə təxliyə edilib.
“Seanews.az” xəbər verir ki, hadisə Qeşm adası yaxınlığında baş verib. Zərbənin kim tərəfindən endirildiyi açıqlanmayıb. Bu insidentdən bir gün sonra İranın Hörmüz boğazından gəmi hərəkətinin tənzimlənməsi ilə bağlı planını açıqlaması gözlənilirdi.
İran tərəfinin məlumatına görə, regional ölkələrin xarici işlər nazirləri Hörmüzdən keçən gəmiçiliyin idarə olunması məsələsini müzakirə edəcəklər. Müharibə başlayandan sonra boğazdan keçən gəmi sayının əvvəlki səviyyə ilə müqayisədə 90% azaldığı bildirilir.

