Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-11,
Seanews
Heyder Eliyev

Yəmən sahillərində quldurlar yük gəmisini ələ keçiriblər: 2026-cı ildə 25-ci hadisə

Sentyabrın 10-da Yəmənin cənubunda “Glamor” adlı yük gəmisinin quldurlar tərəfindən ələ keçirildiyi bildirilir. Hadisə zamanı gəmi Avropa İttifaqının Atalanta əməliyyatına cəlb olunan qüvvələr tərəfindən izlənilib.

“Seanews.az” xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) gəminin Yəmənin Əl-Mükəlla şəhərindən təxminən 98 dəniz mili cənub-qərbdə yaxınlaşmaya məruz qalması barədə məlumat daxil olub. Daha sonra Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzi (MSCIO) gəminin Balhafdan təxminən 38 dəniz mili cənub-qərbdə quldur qrupu tərəfindən ələ keçirildiyini açıqlayıb.

1998-ci ildə inşa edilmiş “Glamor” 24 min ton dedveyt tutuma malikdir, uzunluğu 154 metrdir və Sent-Vinsent və Qrenadin bayrağı altında üzür. Gəminin Yunanıstana məxsus olduğu bildirilir.

MSCIO-nun məlumatına görə, bu, 2026-cı ildə qeydə alınan 25-ci quldurluq hadisəsidir. Hazırda Somali sahillərində daha beş gəminin quldurların nəzarətində olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır