Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-14,
Seanews
Heyder Eliyev

“Caroline Bezengi” tankerindən neft sızması davam edir

Omanın cənub-qərbində, Cəzirət əl-Qibliyyə adası yaxınlığında qayalığa oturan “Caroline Bezengi” tankerindən xam neft sızması davam edir. Son günlər dənizdə hava şəraiti nisbətən yaxşılaşsa da, sızmanın əvvəlkindən daha intensiv olduğu bildirilir.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, “Aframax” tipli tanker iyun ayından qayalıqlarda qalıb. Peyk görüntülərinə əsasən, neft ləkəsi Oman sahili boyunca şimal-şərq istiqamətində yayılır, daha sonra isə Ərəbistan dənizinə doğru hərəkət edir. Bu, İran və Pakistan sahilləri üçün də risk yaradır. Ərazidə xilasetmə və neftin təmizlənməsi ilə bağlı hər hansı əməliyyatın aparıldığına dair görüntülər yoxdur.

“Caroline Bezengi” Rusiyanın Novorossiysk limanında neft yükləyərək Hindistanın Qucarat ştatına yola düşüb. Gəmi Aİ, Böyük Britaniya və ABŞ tərəfindən sanksiyalara məruz qalıb və Rusiya dövlət şirkəti “Sovcomflot” ilə əlaqəsi olub.

Məlumata görə, tanker iyunun 6-da Süveyş kanalını keçdikdən sonra Sokhna lövbər dayanacağında limpet minalarının partlayışı nəticəsində zədələnib. Ekipajı başqa bir sanksiyalı tanker – “Noble Walker” xilas edib. Daha sonra tanker iyunun 23-30-u arasında Cəzirət əl-Qibliyyə yaxınlığında qayalığa oturub.

Gəmidə təxminən 800 min barrel Rusiya nefti olduğu bildirilir. Sığorta məsələsində isə Rusiyanın dövlətlə əlaqəli və sanksiyalara məruz qalmış “AlfaStrakhovanie” şirkətinin xilasetmə və təmizləmə xərclərini ödəməyə hazır olduğu qeyd edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır