Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-14,
Seanews
Heyder Eliyev

Ukrayna pilotsuz qayıqlar arasında ilk dəniz döyüşünü qazandığını bildirib

Ukrayna iki pilotsuz qayıq arasında dənizdə baş verdiyi ehtimal edilən ilk döyüşdə qalib gəldiyini açıqlayıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Bildirilir ki, qısamüddətli qarşıdurma zamanı uzaqdan idarə olunan 12,7 mm-lik pulemyotla təchiz edilmiş Ukraynaya məxsus “Sargan-3000” pilotsuz qayığı Rusiya pilotsuz qayığına atəş açaraq onu əvvəlcə sıradan çıxarıb, daha sonra batırıb.

Hərbi dənizçilik üzrə analitik H. İ. Sattonun məlumatına görə, Rusiya tərəfinin istifadə etdiyi qayıq “Orcan” tipli birdəfəlik hücum aparatı olub. Ukrayna pilotsuz qayığının Norveç istehsalı uzaqdan idarə olunan silah sistemi ilə təchiz edildiyi bildirilir.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin yaydığı videoda “Sargan-3000”in yaxın məsafədən qısa atəş seriyaları ilə qarşı tərəfin gövdəsinə, dirəyinə və antenalarına zərbələr endirdiyi görünür. Çoxsaylı zərbələrdən sonra Rusiya pilotsuz qayığı arxa hissəsi ilə suya qərq olub.

Bu hadisə gələcəkdə tərəflərin Qara dənizdə hücum vasitələrini və digər təhlükələri, o cümlədən helikopterləri məhv etmək üçün silahlı pilotsuz qayıqlardan istifadə edə biləcəyini göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır