Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

İkinci Dünya müharibəsində partlayıcı yüklə batmış gəminin dirəkləri söküləcək

Böyük Britaniya hökuməti Temza estuarisində batmış “SS Richard Montgomery” gəmisinin üç dirəyinin sökülməsi və qəzanın təhlükəsiz vəziyyətə gətirilməsi layihəsinə başlayacağını açıqlayıb.

“Seanews.az” xəbər verir ki, dəyəri 9,5 milyon funt sterlinq olan işlərin iyulda başlaması, sentyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.

ABŞ-nin 1944-cü ildə batmış "Liberty" tipli yük gəmisi göyərtəsində hələ də təxminən 1 400 ton partlayıcı sursat saxlayır. Mütəxəssislər suyun üzərində qalan dirəklərin aşaraq gəmidəki sursat üçün əlavə risk yarada biləcəyindən ehtiyat edirlər.

Layihə çərçivəsində dirəklər ehtiyatla söküləcək və bərpa olunması üçün “Çetem Tarixi Gəmiqayırma Tərsanəsi” muzey kompleksinə göndəriləcək. Böyük Britaniya rəsmiləri bildiriblər ki, dirəklər gələcəkdə yerli ərazidə nümayiş etdiriləcək və İkinci Dünya müharibəsi dövründə müttəfiqlərin fəaliyyətini əks etdirən tarixi irsin bir hissəsi kimi qorunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır