Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

ot barmenlərin işləyəcəyi gəmi ilk səfərinə hazırlaşır – FOT

36 aydır tikintisi davam edın “Symphony Of The Seas” adlı dünyanın ən böyük səyahət gəmisi sahibinə – “Royal Caribbean International” şirkətinə təhvil verilib. “Seanews.az” xəbər verir ki, 363 metr  uzunluğa, 66 metr genişliyə sahib olan 18 mərtəbəli kruiz gəmisinin tikintisi Fransanın STX tərsanəsində aparılıb. Gəmi 1,4 milyard euroya başa gəlib. Şirkətdən bildirilib ki,  “Symphony of the Seas” gələn ay ilk səfərinə çıxacaq. “Symphony of the Seas” gəmisində inanılmaz sürprizlərin olacağı bildirilir. Yeddi məhəllə anlayışı, fərqli yeməklər, robot barmenlər, orijinal şoular, Aqua teatr və s. Gəmi 2747 kayuta, 6800 sərnişin daşıma gücünə sahibdir. Burda sərnişinlərə 2400 dən çox adam xidmət göstərəcək. “Royal Caribbean International” iddia edir ki, sözügedən gəmi dünyanın ən böyük və ən macəra dolu üzən vasitəsi adını qazanacaq.  O, hətta 2016-ci ildə suya endirilən qardaşı “Harmony of the Seas” gəmisini üstələyəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır