Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-27,
Seanews
Heyder Eliyev

Yarhisar” muzey-gəmisini indiyədək 216 min 77 nəfər ziyarət

Türkiyənin Gülcük Kavaklı Sahilində yerləşən “Yarhisar” muzey-gəmisini 2006-cı ildən indiyədək 216 min 77 nəfər ziyarət edib.  “Seanew.az” xəbər verir ki, bu barədə muzeyin müdiri İlhan Akbulut məlumat verib.  O bildirib ki, muzeyə həm yerli vətəndaşlar, həm də əcnəbilər  böyük maraq göstərirlər: “Muzeyimizi təkcə Türkiyə vətəndaşları deyil, dünyanın dörd bir yanından gələn qonaqlar ziyarət edirlər. Burada biz qonaqlara Türk donanması və gəmiləri haqqında məlumat veririk. Həmçinin, maketlərin köməyi ilə gəmidəki yaşamı göstərməyə çalışırıq. Artıq 13 ildir ki, fəaliyyət göstəririk. Muzey-gəmiyə maraq ildən-ilə artır və bu, bizi çox sevindirir” – deyə, İlhan Akbulut qeyd edib.  Xatırladaq ki, sözügedən gəmi 1965-ci ildə Amerikada istehsal olunub. 40 il Türk Donanmasında kəşfiyyat gəmisi kimi istismar edilib.  2005-ci ildə istismar müddətini başa vurduqdan sonra onun gəmi-muzey kimi istifadəsinə başlanıb.     


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır