Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

ünü Xəzərə bənzədən fransız mütəfək

Aleksandr Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Rusiya İmperiyası ərazisində səfərdə olub. Səyahətinə Peterburqdan başlayan Düma daha sonra Moskva, Kazan, Saratov və Həştərxandan keçməklə Qafqaza gəlib, burada bir sıra Azərbaycan şəhərlərinə, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı və Nuxaya baş çəkib. O, həmçinin Xurşidbanu Natəvanla da görüşüb.  Vətənə qayıdan yazıçı səfər yaddaşını “Qafqaz Səfəri” adlı əsəri ilə oxucuları ilə bölüşüb. Həmin əsərdən bir fraqmenti nəzərinizə çatdırırıq. Əsərin bir yerində yazıçı Xəzərin sahilində dayanıb bu böyük dənizə öz sevgisini bildirir. Belə vaxtda Aleksandr Düma realist bir yazıçıdan çox şairə bənzəyir: “…Ey qəfəsə salınmış quş kimi çırpınan Xəzər! Sən başqa dənizlərə birləşə bilmədiyinə görə heyifsilənir, köksün ötürürsən. Sən çəkilmə və qabarmanın nə olduğunu bilmirsən. Bir Allah bilir, bu qədər çayların suyunu nə edirsən? Əvəzində havaya bir az od və palçıq atırsan. Kim deyə bilər ki, adları belə unudulmuş neçə-neçə xalq sənin sahilinə gəlməyib və onu qarış-qarış gəzməyib. Kim deyə bilər ki, neçə-neçə insanı öz qoynuna alıb onlardan heç əsər-əlamət saxlamamısan. Təkcə hərdənbir dalğaların sahillərə atdıqlarından bilmək olur ki, sənin qoynunda nə qədər sərvətlər gizlənib. Bəli, qəmgin dəniz! Mənim də bir çox xüsusiyyətlərim sənə oxşayır. Elə sənin də mənimlə uyğun cəhətlərin var. Lakin sənin nə azad istiqamətin, nə də əşyalar haqqında təsəvvürün vardır. Sən necə var, elə də olmalısan, başqa cür ola da bilməzsən. Amma mən olduğum kimi yox, dönüb başqa cür də ola bilərəm. Di yaxşı, əlvida Xəzər dənizi! Mən səni görməyi o qədər arzulamışdım ki…”. Bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunub. Əsər ümumilikdə 68 fəsildən ibarətdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır