Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

oniyalı kor səyyah Sakit Okeanı yaxta ilə üzərək ke

Aprelin 20-də yaponiyalı kor dənizçi Misuhiro İvamoto kiçik yaxta ilə Sakit Okean səyahətini başa vurub. 10 min kilometrlik səyahətdə ona yalnız küləyin istiqaməti və digər texniki detallar barədə məlumat verən, yaxtanın və yelkənlərin idarə olunmasında isə iştirak etməyən ABŞ vətəndaşı yardımçı olub. 52 yaşlı İvamoto fevralın 24-də ABŞ-ın Kaliforniya ştatında yerləşən San-Dieqo limanından yola çıxıb və planlaşdırıldığı kimi, aprelin 20-də Yaponiyanın Honsyu adasının şimal-şərq sahilində yerləşən İvaki limanına çatıb. Sakit okeanı heç bir limana girmədən uğurlu şəkildə bu cür üzüb keçməyə ilk dəfə təşəbbüs göstərilib. Misuhiro İvamoto artıq bir dəfə – 2013-cü ildə yaxta ilə Yaponiyadan ABŞ-a səyahətə cəhd etmişdi. Lakin onun qayığı balina ilə toqquşaraq qəzaya uğramış, səyyah və köməkçisi isə Yaponiya Hərbi Dəniz Qüvvələrinin amfibiya-təyyarəsi tərəfindən xilas olunmuşdu. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır