Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

a və quruda fəaliyyət göstərən m

Norveçin Oslo şəhərində fəaliyyət göstərən “Astrup Fearnley Museet” muzeyinin layihəsi “Renzo Piano Building Workshop” və “Narud-Stokke-Wiig” arxitektura şirkətlərinin memarları tərəfindən hazırlanıb. Muzeyin çoxsaylı nazik polad sütunları yelkəni xatırladan şüşə damı saxlamağa xidmət edir. Binanın dam örtüyü isə taxta materialdan düzəldilib. Muzeyin zalları şüşə dam vasitəsilə günəş şüalarının və orada düzəldilmiş süni işıq mənbələrinin hesabına işıqlandırılır. Maraqlıdır ki, tikili su kanalı vasitəsilə ikiyə bölünüb. Binanın adada yerləşən hissəsinə xüsusi körpü ilə adlamaq mümkündür. Əsasən sərgilərin keçiriləcəyi muzeydə suvenirlər mağazası və kafe üçün də yer ayrılıb. Binanın ümumi sahəsi 7 min kvadratmetrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır