Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-28,
Seanews
Heyder Eliyev

nizçilik alicənablıq, təmizlik, nizam- intizam iş

Dənizçilik bayraq gəzdirdiyi üçün şərəfli bir peşədir.  Dənizçi yaxşı vətəndaşdır. Getdiyi ölkələrdə ölkəsini təmsil etdiyini unutmaz.  Bu düşüncəylə hərəkət edər, addım atar.  Dənizçilik alicənablıq, təmizlik, nizam- intizam peşəsidir. Dənizçilik yüksək fədakarlıq və sadiqlik tələb edən işdir. Dənizçilik güclü şəxsiyyət və liderlik peşəsidir. Dənizçilik hər cür yeniliyi izləmə və tətbiq etmə peşəsidir. Dənizçi hər an özünü inkişaf etdirər. O,  çətin şərtlərlə çalışsa da,  hər şeydən əvvəl ürəklidir. Cəsurdur…Çünki, başqa cür dənizlə bacarmaz. Dənizçi yaşadığı mühitə, yəni gəmiyə və heyət üzvlərinə qarşı mərddir. Sözünün ağasıdır. O, birlik, bərabərlik, sevgi və sayğı simvoludur. Dənizçi çalışqandır. Tənbəl dənizçi bir səfərlik yolçudur. Dənizçinin ürəyi sevgi doludur. Onu güclü edən sevdiklərinə olan bağlılığıdır. Dənizçi dostdur, yoldaşdır, etibarlıdır. Yalan və iftiradan uzaqdır. Dənizçi nankor deyil. Onun üçün əmanət müqəddəsdir. Dənizçi etibarlıdır Dənizçi paylaşmağı bilir, ədalət hissi inkişaf edib. Çünki dənizdə həyatın başqa cür olmayacağını bilir. Bir sözlə, dənizçi fərqlidir. Bütün dənizçilərə uğurlu səfərlər, səmt küləyi, aydın səma arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır